İsgəndəriyyəli Aya (Assassin's Creed)
İsgəndəriyyəli Aya (misir , ing. Aya of Alexandria; e.ə. 78, İsgəndəriyyə, Qədim Misir (Ptolemeylər) – ???)) — "Assassin's Creed Origins" videooyununun üç protaqanistindən biri, Sivalı Bayekin arvadı, "Gizli Olanlar"ın qurucularından biri, Misir-Yunanıstan əsilli döyüşçü, Kleopatranın şəxsi cəsusu, assasin. E.ə. 44-cü ildə Aya keçmiş şəxsiyyətini silir və Amunet adını alır.
İsgəndəriyyə şəhərində bir zadəgan ailəsində anadan olan Aya əri ilə təşkilatı qurduqdan sonra, "Roma qardaşlığı"nın ilk müəllimi olmuşdur. Övladının ölümündən sonra İsgəndəriyyə geri qayıdan Aya xalası oğlu olan Gənc Fanosun köməyi ilə Kleopatra ilə tanış olur və daha sonra, onun şəxsi cəsusu olur. "Qədimlər Ordeni"nin bütün üzvlərini öldürəndən sonra, o, "Misir qardaşlığı"nın qurucu üzvlərin biri olur, ancaq daha sonra, Kleopatra ilə Roma şəhərinə gedir. Aya orada "Roma qardaşlığı"nı quru və Avropanın ilk assasin müəllimi olur.
Aya "Origins"də Aliks Uilton Reqan tərəfindən səsləndirilir.